Bakıda “Üç min illik arzular” nümayiş olunur

Bakıda “Üç min illik arzular” nümayiş olunur

12-09-2022 23:55 / Bu xəbər 1283 dəfə oxundu

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Üç min illik arzular” romantik nağıl filminin premyeradan öncə nümayişi keçirilib.

Kinoteatrın foyesində quraşdırılan dekorasiya şərq nağıllarını xatırladıb.

Fərqli dekorasiya ilə yanaşı, qonaqlara iki hissəli şou da təqdim olunub. 

Sehrbaz Anar Əliyevin nümayiş etdirdiyi maraqlı nömrələr və "Renka Black Angel”in cazibədar rəqsi tamaşaçıları heyran edib. 

Nəzrin Nəsirova isə qonaqları xına rəsmləri ilə bəzəyib.

Daha sonra rejissor Corc Millerin "Üç min illik arzular” filmi nümayiş olunub. Filmdə baş rollara İdris Elba və Tilda Suinton çəkilib.

Süjet xəttinə gəlincə, İstanbula səyahət edən tənha alim qadın Aleteya azadlığı müqabilində ona üç arzu haqqı təklif edən сini kəşf edir. 

Qadının istədiyi sevgidir. Amma cin arzuladığı sevgini ona verə biləcəkmi? 

Bu inanılmaz tanışlıq onların hər ikisinə dünyanı tamamilə yeni bir şəkildə görmək imkanı verir.

Filmin dünya premyerası bu il mayın 20-də Kann Film Festivalında keçirilib. 

Ülviyyə